Yuxarı

"Rolls-Roys" rekorda imza atdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rolls-Roys" rekorda imza atdı

“Rolls-Roys Motor Cars” 2021-ci ilin birinci rübündə 116 illik tarixinin ən yüksək satış miqdarına nail olub.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, “Rolls-Roys” şirkəti hesabat dövründə 1 380 avtomobil satıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çoxdur. Əvvəlki rekord isə 2019-cu ildə əldə edilmişdi.

Ən çox satılan qiyməti 335 min ABŞ dollarından başlayan, amma adətən 400 min dollardan baha satılan “Cullinan” tam ölçülü SUV modelidir. Həmçinin 332 min dollardan başlayan “Ghost” modelinə də maraq yüksəkdir.

Rekord satışların səbəbi kimi pandemiya dövründə bazarlardakı artım nəticəsində varidatları daha da artmış zənginlərin pul xərcləməyə meyilli olmaları göstərilir. Belə ki, “Rolls-Roys” ilin ikinci yarısında da sifarişlərdə artım gözlədiklərini açıqlayıb.

Həmçinin “Bentli”, “Lamborgini” kimi başqa lüks avtomobil istehsalçıları da son vaxtlar satışlarını artırıb.

Tarix
2021.04.12 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla