Yuxarı

Ölkəmizdə satılan ən bahalı avtomobillər - Siyahı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə satılan ən bahalı avtomobillər - Siyahı

Ölkədə satılan ən bahalı avtomobilin qiyməti yarım milyon dollara yaxındır. Belə ki, Azərbaycanda ən bahalı avtomobil “Rolls-Royce” markasına aiddir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhərində satışa çıxarılan “Rolls-Royce Cullinan” modelinin (6.7 L, 2019 il) qiyməti 480 min ABŞ dollarıdır (816 min AZN).

“Rolls-Royce” ailəsinə aid “Wraith” modeli isə (6.5 L, 2016 il) 304 min ABŞ dollarına (516 800 manat) satılır.

Üçüncü ən bahalı avtomobil isə “Lamborghini Huracan” modelidir. Bu modelin (5.2 L, 2017 il) qiyməti 265 000 ABŞ dollarıdır (450 500 manat).

Digər ən bahalı avtomobil isə “Mersedes” markasına daxildir. Bakıda “Mercedes-Maybach S 560” modeli (4.0 L, 2020 il) 258 min ABŞ dollarına (438 min manat) satılır.

Bakıda beşinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə adiddir. “Bentley Flying Spur” markalı avtomobil (6.0 L, 2020 il) 350 min manata satışa çıxarılıb.

Tarix
2021.05.03 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla