Yuxarı

DYP bu sahibkar və sürücülərə müraciət etdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP bu sahibkar və sürücülərə müraciət etdi

Müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.

Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.

Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Tarix
2021.05.08 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla