Yuxarı

Bakıda elektromobillərin yürüşü - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda elektromobillərin yürüşü - Video

"Tesla Club Azerbaycan" Azərbaycan Avtomobil Federasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyinin və "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə elektrik avtomobillərinin yürüşünü təşkil edib.

Axar.az xəbər verir ki, 28 May - Respublika Gününə həsr olunan yürüşün əsas məqsədi ölkə ərazisində elektrik avtomobillərinin istifadəsini stimullaşdırmaq və bu sahəyə olan marağı artırmaqdır.

Yürüşdə 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "GreenCar Azərbaycan" şirkəti tərəfindən gətirilən ilk "Tesla" elektrik avtomobilləri də iştirak edib.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüş Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonuna olub.

Elektrik avtomobillərinə üstünlüyün verilməsi səbəblərinə gəlincə...

Xatırladaq ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, həmçinin "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapır.

Yürüş daha sonra Şamaxıdakı "Abqora" ictimai iaşə məkanına qədər davam edib. Qeyd edək ki, regionlarımızdakı ilk sürətli elektrik şarjetmə cihazı məhz "Abqora" ictimai iaşə məkanının parkinqində quraşdırılıb.

Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və Azərbaycan Avtomobil Federasiyası tərəfindən elektrik avtomobillərin istifadəsi üçün intensiv, sistemli və əlaqələndirilmiş tədbirlər həyata keçirilir.

Tarix
2021.05.29 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla