Yuxarı

Azərbaycanda avtomobil qiymətləri artır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda avtomobil qiymətləri artır

Yay aylarında avtomobil bazarında qiymət artımı xarakterikdir.

Bu barədə Axar.az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı avtomobil bazarında qiymət artımı barədə danışarkən deyib.

“Qiymət artımı mövcud bazarda qisamüddətli dövrü əhatə etsə də, yay mövsümü üçün xarakterikdir. Son 2 ildə pandemiya ilə əlaqədar ictimai nəqliyyatla bağlı qəbul edilən qərarlar avtomobilə marağı daha da artırdı”, - R.Osmanlı bildirib.

Ekspertin sözlərinə görə, Bakıda avtomobil yükünü azaltmaq üçün bəzi təkliflərin səsləndirilməsi məqbul deyil:

“Yanacaq və dizelin qiymətinin qaldırılması təklifləri, avrostandartların tətbiqi ilə bağlı qəbul edilən müəyyən qərarlar, ortaya çıxan katelizator məsələsi düşünülmüş şəkildə atılan addımlardır. Hesab edirəm ki, bununla avtomobilləşməyə məhdudiyyət yaratmaq olmayacaq. Əksinə, MDB ölkələri ilə müqayisədə bu gün Azərbaycan avtomobilləşmədə çox geridədir. Hesab edirəm ki, ekoloji narahatlığa görə elektromobillərin ölkəyə gətirilməsinə çalışmalı, gömrük idxal siyasətinə dəyişiklik etməliyik. Bakı yollarının avtomobil yükünü isə ictimai nəqliyyatı gücləndirmək, nəqliyyatın intellektual idarəetməsini təmin etməklə azaltmaq mümkündür”.

Tarix
2021.06.04 / 13:02
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla