Yuxarı

Formula-1: Dövlət himnimizi qazimiz ifa edəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1: Dövlət himnimizi qazimiz ifa edəcək

Formula-1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

Axar.az xəbər verir ki, builki Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula-1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.

Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.

Tarix
2021.06.06 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla