Yuxarı

Sürücülərin nəzərinə: Texpasportla bağlı yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin nəzərinə: Texpasportla bağlı yenilik

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib. Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.

Axar.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.az-a açıqlamasında artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsinin təqdim olunduğunu bidirib:

“Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.

Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur”.

“Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır”, - deyə N.Piriyev qeyd edib.

Tarix
2021.07.03 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rubiyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla