Yuxarı

Maşın bazarında fantastik qiymətlər - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın bazarında fantastik qiymətlər - Video

Yay mövsümü avtomobil bazarı üçün adətən canlanma ilə xarakterizə olunur. Bu il isə mənzərə tam fərqlidir. Bazarda alıcılıq olduqca aşağıdır. Sedanlarla yanaşı SUV-ların da alıcısı yoxdur. Avtomobil axtaranlar isə qiymətlərin yüksək olduğunu deyir.

Axar.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, satan çox, alan isə demək olar ki, yoxdur.

Havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.

Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.

Xüsusilə yay aylarında daha çox tələbin artdığı suv tipli avtomobillərə də alıcı tapılmır. Avtomobil sahibləri deyir ki, bir neçə həftədir ki, maşınlarını sata bilmirlər.

Alıcılar isə bəzi marka avtomobillərin qiymətinin hədsiz şişirildiyini və buna görə də baha olduğunu deyirlər. Lakin xarici ölkələrdən gətirilən yeni modellərin sayının artması ilə bu tip maşınların qiyməti demək olar ki, əvvəlki qaydada qalıb.

Alıcılığın payız mövsümünə dogru normallaşacağı gözlənilir.

Tarix
2021.07.05 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Rəsmilərimiz Xameneinin vida mərasimi üçün Tehrandadır - Video

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla