Yuxarı

Ekspert: Hibrid maşınların gətirilməsi ucuzdur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Hibrid maşınların gətirilməsi ucuzdur

Hibrid avtomobillərin Azərbaycana gətirilməsi digər avtomobillərdən ucuz başa gəlir. Bu baxımdan, Azərbaycanda hibrid avtomobillərə maraq xeyli artıb. Artıq Azərbaycanın hər yerində, bütün rayonlarında hibrid avtomobillərə rast gəlmək mümkündür.

Axar.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, qanunvericilik hibrid avtomobillərinin gətirilməsi üçün daha əlverişlidir:

“Belə ki, Azərbaycana avtomobillərin idxalı zaman əlavə dəyər vergisi, gömrük rüsumu və aksiz vergisi ödənilir. Aksiz vergisi və gömrük rüsumu avtomobilin daxili yanma mühərriyinin iş həcminə görə ödənilir. Hibrid avtomobillərdə isə daxili yanma mühərrikinin iş həcmi çox kiçik olduğu üçün ödənişlər az məbləğdə olur. Yəni hibrid avtomobillərin Azərbaycana gətirilməsi nisbətən ucuz başa gəlir”.

Ekspert qeyd edib ki, hibrid avtomobillərin digər bir üstünlüyü isə ondan ibarətdir ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olduğu üçün yanacaq sərfiyyatı da az olur.

O qeyd edib ki, təqribən 2 il bundan əvvəl hibrid avtomobillərin təmiri və texniki qulluğu, ehtiyat hissələrinin tədarükü ilə bağlı problemlər var idi: “Hibrid avtomobilləri təmir edə bilən avtomobil ustaları çox az idi. Ancaq zaman keçdikcə bu problem aradan qalxdı. Artıq çox yerdə hibrid avtomobillərin təmir mərkəzləri var. Eyni zamanda, bu avtomobillərin ehtiyat hissələrinin tədarükü də tam təmin olunur”.

Tarix
2021.09.07 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla