Yuxarı

Azərbaycanda 100-dən çox "Qazel" istehsal olundu - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 100-dən çox "Qazel" istehsal olundu - Video

Hacıqabul Sənaye məhəlləsində yerləşən avtomobil zavodunda 7 ay ərzində 100-dən artıq "Qazel" markalı yük avtomobili istehsal edilib.

Axar.az Real TV-yə istinadən xəbər verir ki, zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal edilir. Maşınların qiymətləri 17 min - 130 min manat aralığında dəyişir.

Və nəhayət, bir neçə gün bundan öncə zavodda minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salınıb.

Yeni istehsal xəttində isə Özbəkistanın "UzAvtoSanoat" şirkəti ilə birgə və ABŞ-ın "General Motors" şirkəti ilə əldə olunan sazişə əsasən, "Şevrolet" minik avtomobillərinin, İSUZU pikap və avtobuslarının yığılması həyata keçiriləcək. Pikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min "Şevrolet" avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək.

Qeyd edək ki, gələcəkdə "General Motors"un razılığı ilə Azərbaycandan Türkiyəyə avtomobil ixracı planlaşdırılır. Həmçinin, Azərbaycanda bu avtomobillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.

Tarix
2021.09.19 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla