Yuxarı

Bu maşınlar ƏDV-dən azad edilə bilər - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maşınlar ƏDV-dən azad edilə bilər - Video

Ölkəmizə idxal edilən hibrid avtomobillər əlavə dəyər vergisindən azad oluna bilər.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bu məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyşikliklərdə öz əksini tapıb.

Təkliflər təsdiq edilsə, hibrid avtomobilər növbəti il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad ediləcək. Mühərriki 2500 kubsantimetrdən yüksək olan bu kateqoriya avtomobillərə isə hər hansı bir güzəştin tətbiq ediləcəyi gözlənilmir.

Elektromobillər həm idxal, həm də daxili bazarda satış zamanı vergiyə cəlb edilməyəcək.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, təkliflər qəbul edilərsə, həm hibrid, həm də elektromobillərin qiyməti ucuzlaşa bilər.

Elektromobil və hibridlərdən fərqli olaraq, istehsal tarixi 7 ildən çox olan, benzin və dizellə işləyən, mühərriki 2000 kubsantimetrə qədər olan avtomobillərin ölkəyə idxalı zamanı tətbiq edilən aksiz vergisinin məbləği artırılır.

Mühərrikinin həcmi 3-4 min kubsantimetr aralığında olan, istehsal tarixi 3 ildən çox olmayan avtomobillərin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə aksiz dərəcəsi 13 manatdan 15 manata qaldırılır. Mühərriki 4-5 min kubsantimetr aralığında olanların isə hər kubsantimetrə görə aksiz dərəcəsi 35 manatdan 40 manata, 5 mindən yuxarı olanların isə 70 manatdan 80 manata artırılır.

Ekspertin fikrincə, dəyişikliklər təsdiq edilsə, 2022-ci ildən etibarən avtomobillər 10 faiz bahalaşa bilər.

Tarix
2021.11.03 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla