Yuxarı

Rüsumlar qalxır: bazarda nə dəyişəcək? – Fərqli rəylər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüsumlar qalxır: bazarda nə dəyişəcək? – Fərqli rəylər

Dövlət rüsumunda edilən dəyişikliklərin avtomobil bazarına təsiri ilə bağlı bu gün də yeni məlumatlar açıqlanıb. Əgər yeni təkliflər qəbul edilərsə, motor həcmi yüksək olan avtomobillərin rüsumlarında kəskin artım olacaq.

Bu sözləri Axar.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Yeganə pozitiv məsələ hibridlə işləyən avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması təklifidir. Təəssüf ki, elektriklə işləyən avtomobillərlə bağlı hansısa müzakirələrin getdiyini görmürük. Halbuki elektriklə işləyən avtomobillər bütün rüsum və vergilərdən azad olunmalıdır”, - ekspert qeyd edib.

N.Cəfərli bildirib ki, dövlət rüsumunda edilən dəyişikliklər nəticə etibarilə avtomobil bazarına təsir göstərəcək:

“Son dəyişikliklər və bugünkü xəbərlər özünü doğrultsa, aksiz vergilərinin artırılması ilə bağlı qərar da qüvvəyə minsə, hesab edirəm, motor həcmi 2500 kubsantimetrdən yuxarı olan avtomobillərin qiymətində kəskin bahalaşma olacaq. Əks proses olaraq, motor həcmi kiçik olan avtomobillərə tələbat artacaq. Tələbat artıqca isə bu cür avtomobillərin də qiyməti bahalaşacaq. Avtomobil bazarında yanvar ayından sonra ciddi bahalaşma dalğasının olması ehtimalı kifayət qədər yüksəkdir”.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, dövlət rüsumlarının artması köhnə avtomobillərə tələbatı azaldacaq, nəticədə maşın bazarı yenilənəcək, yerli istehsala olan maraq və tələb çoxalacaq:

“Əgər rüsum artırılarsa, bu, büdcəyə əlavə resursların cəlbi, isehlakçıların daha çox qənaətcil, mühərrik həcmi az olan və ətraf mühiti az çirkləndirən avtomobillərə yönəldilməsi ilə nəticələnəcək”.

Tarix
2021.11.03 / 14:14
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla