Yuxarı

Bu sürücülərin cərimələri artırılsın! - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülərin cərimələri artırılsın! - Video

Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərə həm paytaxt, həm də bölgələrdə tez-tez rast gəlinir.

Axar.az xəbər verir ki, ötən gün yol polisi tərəfindən saxlanan bu sürücü özü də Suraxanı rayonu ərazisində psixotrop maddənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

İctimai xidmət sahəsində fəaliyyət göstərən sürücünün belə zəhərli maddənin təsiri altında avtomobil idarə etməsi təbii ki, narahatlıq doğuran məsələdir. Sürücülər də belə hallara yol verən həmkarlarını birmənalı olaraq tənqid edirlər.

Bu məsələdə ən acınacaqlısı odur ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimənin sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eyni olmasıdır. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edərək idarə edən sürücülər 400 manat və 5 cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər.

Millət vəkili Fazil Mustafa "Xəzər Xəbər"ə deyib ki, tətbiq edilən bu cəzalar fərqli olmalıdır. O, sərxoş və narkotik maddə qəbul edən sürücülərin cərimələrinin ayrı olması barədə milli məclisin komitə iclasında bu məsələni gündəliyə gətirərək müzakirəyə çıxaracağını deyib.

Tarix
2021.12.16 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla