Yuxarı

Bu avtomobil sahiblərinə şad xəbər! - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobil sahiblərinə şad xəbər! - Video

Ekoloji təmiz avtomobillərin idxalını artırmaq və belə avtomobillərdən istifadəni təşviq etmək məqsədilə yeni güzəştlər paketi hazırlanır. Bu paketdə bu növ avtomobillərin sahiblərinə bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlər və yeniliklər nədən ibarət olacaq?

Axar.az ''Xəzər Xəbər''ə istinadən xəbər verir ki, Azərbaycanda elektromobil və hibrid avtomobillərin sahiblərinə əlavə güzəştlər edilə bilər. Belə avtomobillərin sürücülərinin gələcəkdə ödənişli yollardan ödənişsiz istifadə etmələri üçün təkliflər hazırlanır. Bu təkliflər yeni təsdiq edilən "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə öz əksini tapıb.

Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov bildirib ki, ekoloji təmiz olan avtomobillərin sahiblərini gözləyən yeniliklər bununla bitmir.

İşçi qrupuna belə nəqliyyat vasitələrinin ölkəmizdə rahat istifadəsi üçün infrasturukturun qurulması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb. Bu avtomobillərin enerji ilə təminatı problemini həll etmək üçün parklanma yerlərində enerjidoldurucularının quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucu qurğuların idxalı və satışı bu ildən 3 il müddətinə ƏDV-dən azad olunub. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da bu ildən 3 il müddətinə ƏDV-dən azaddır.

Tarix
2022.01.11 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla