Yuxarı

Dövlət avtomobilləri satılır: qiymətlər...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət avtomobilləri satılır: qiymətlər...

17, 29 və 31 mart tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Axar.az-a verilən məlumata əsasən, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə ikisi istisna olmaqla, qalanları bölgələrdə yerləşir. Tam siyahı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Üç hərracda ümumilikdə 43 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1 000 manatdan başlayır və 10 000 manata qədər artır.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Tarix
2022.02.14 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla