Yuxarı

Kompüter parolları ləğv olunur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kompüter parolları ləğv olunur

Parolların qeyri-aktuallığı məsələsi dəfələrlə qaldırılıb. Kodların potensial alternativlərini ABŞ-ın "Intel" şirkəti də müzakirə edir. Şirkət nümayəndələri bildiriblər ki, bütün onlayn hesabların parollarını yadda saxlamaq qeyri-mümkündür. Buna görə də akkauntlara daxil olmaq üçün biometrik məlumatlardan, məsələn, barmaq izlərindən istifadə daha rahat olar.

Azərtac "Payspacemagazine" saytına istinadən xəbər verir ki, şirkət yeni çipləri ötən həftə təqdim edib. Bu çiplərin bazası əsasında üzün tanınması funksiyasına malik bir sıra "Vindovs" sistemli qurğular işləyir.

"Biz kompüterlərdən bütün parolları ləğv etmək istəyirik", - "Intel Client Computing Group" şirkətinin baş vitse-prezidenti və baş meneceri Kirk Skaugen Nyu-Yorkda keçirilən "Citi 2015 Global Technology Conference" konfransında bildirib.

O əlavə edib ki, biometrik autentifikasiyadan altıncı nəsil "Core system" texnologiyasını əldə edən bütün istifadəçilər yararlana bilər.

Biometrik parolların tam funksionallığı üçün təsviri müxtəlif bucaqlardan skan etməyə imkan verən "Intel RealSense" "3D" kamerasını da almaq tələb olunur. Sistem həmçinin insanı arterial təzyiqinə, müxtəlif biomarkerlərin yığılmasına, məsələn, gözlər arasında məsafəyə, üz nöqtələrinə görə tanımağa imkan verəcək.

"Intel"in baş direktoru hesab edir ki, bu funksiyalar fərdi kompüterlərin satışını artırmağa imkan verəcək.

Tarix
2015.09.11 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla