Yuxarı

Avtomobillərin sığortasında yeni qayda

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobillərin sığortasında yeni qayda

Avtomobillərin kasko sığorta məbləğləri endirilə bilər.

Axar.az xəbər verir ki, bununla da avtomobillərin könüllü sığorta tarifləri yeni qaydalarla müəyyənləşəcək.

Dəyişikliyin məqsədi sığorta şirkətlərini iflas riskindən qorumaqdır. Yəni sığorta şirkəti reallıqda 200 manata başa gələn kasko müqaviləsini rəqabət naminə 150 manata satırsa, bu addım şirkəti risk altında qoyur. Ancaq yenilikdə belə bir tələb qoyulur ki, sığorta şirkəti kasko müqaviləsini maliyyə ehtiyyatlarını nəzərə alaraq müəyyən edə bilər. Bu isə o deməkdir ki, şirkət kasko tariflərinə özbaşına qiymət qoya bilməyəcək.

Xəzər TV-nin məlumatına görə, bu qayda iri maliyyə ehtiyyatlarına malik sığorta şirkətlərinin bazarda daha da möhkləmlənməsinə, kiçik şirkətlərin sıradan çıxmasına gətirib çıxara bilər.

Ancaq yeni qaydaların avtomobil sahibləri üçün geniş seçim imkanı yaradacağını deyən ekspertlər də var.

Yeniliyin tətbiqi ilə bağlı Dövlət Sığorta Nəzarəti Xidməti, Sığortaçılar Assosasiyası və şirkətlərlə müzakirələr aparır. Oktyabr ayındakı müzakirələrdə tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.

Tarix
2015.09.15 / 10:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla