Yuxarı

Vaqif Əsədov sürücülərə səsləndi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif Əsədov sürücülərə səsləndi

Formula-1 yarışı ilə əlaqədar olaraq “Azneft” dairəsində hərəkət məhdudlaşdırılıb. Artıq Formula-1 yarışının başlamasına sayılı günlər qalıb. Yarış başlamamışdan öncə hansı yollarda məhdudlaşdırma, istiqamətin dəyişməsi olacağı ilə bağlı məlumat verəcəyik.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı şəhəri Baş Polis İdarəsi DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Formula-1 yarışı ilə əlaqədar “Azneft” dairəsinə yalnız ictimai nəqliyyat vasitələri buraxılır :

“Sizin vasitənizlə vətəndaşlara, sürücülərə xahiş edir və çatdırırıq ki, cənubdan paytaxta doğru, xüsusilə “Azneft” və yaxud Dənizkənarı Bulvar və “Neftçilər” prospektilə hərəkət etmək istəyənlər Lökbatan dairəsindən Üçüncü dairəvi yol ilə hərəkət etsinlər”.

O, hansı ərazilərdə sıxlıq yaşandığını da qeyd edib:

“Mərkəzə doğru Azneft dairəsindən Neftçilər prospekti, Azadlıq, Səməd Vurğun, Rəşid Behbudov, Bülbül, Rəsul Rza küçə və prospektləri, Qoşa qala qapısı və digər ərazilər üzrə artıq maneələr qoyulub. Maneələrin qoyulması məhz bu ərazilərdə yolların daralmasına səbəb olub. Təbii ki, bu ərazilərdən hərəkət edən zaman sıxlıq yaşanır. Sürücülər əgər bu yollardan istifadə edirlərsə, artıq alternativ yollara üstünlük verməlidirlər. Alternativ yollardan istifadə etmək ləngimənin qarşısını almış olur”.

V.Əsədov avtobuslara məhdudiyyət olmadığından, təklif edib ki, insanlar istənilən ünvana şəxsi avtomobil ilə deyil, ictimai nəqliyyatla getsinlər.

O, yaranan sıxlığı sürücülərin anlayışla qarşılayacağına ümid etdiyini də vurğulayıb:

Sürücülərdən xahiş edirik ki, iyun ayının ilk 15 gününü ictimai nəqliyyata üstünlük versinlər. Hər zaman olduğu kimi, bu dəfə də həmrəyliyimizi nümayiş etdirib sübut edəcəyik ki, bu tədbir ən yüksək səviyyədə başa çatacaq”.

Tarix
2022.06.01 / 13:46
Müəllif
Zahirə Akifqızı
Digər xəbərlər

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla