Yuxarı

Şəhər mərkəzinə şəxsi maşınınızla getməyin - DYP

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhər mərkəzinə şəxsi maşınınızla getməyin - DYP

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a bildirib ki, iyunun 6-dan iyunun 13-dək keçiriləcək bu mötəbər yarışla əlaqədar paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və istiqamətlər dəyişdirilib. Yarışla əlaqədar avtomobil sahiblərindən iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik.

Vaqif Əsədov yollarda müşahidə olunan son vəziyyətlə bağlı sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edib.

“Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində əməkdaşlarımızın verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımızdan daha çox ictimai nəqliyyata üstünlük verməyi də xahiş edirik”, - deyə İdarənin bölmə rəisi vurğulayıb.

Tarix
2022.06.09 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla