Yuxarı

Formula-1 kuboku Şuşaya həsr olundu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1 kuboku Şuşaya həsr olundu

Formula-1 üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

Axar.az xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.

Tarix
2022.06.12 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla