Yuxarı

Bu maşınların ölkəmizə gətirilməsi məhdudlaşdırılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maşınların ölkəmizə gətirilməsi məhdudlaşdırılır

Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq.

Axar.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, “Azərişıq” ASC, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bankla birlikdə 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir. Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi və ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda İstismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.

Tarix
2022.07.22 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla