Yuxarı

Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

İdarənin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli Axar.az-a bildirib ki, mütəmadi olaraq bu istiqamətdə proflaktiki tədbirlər görülsə də, sürücülərin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları davam edir:

"Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur. Araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanələrlə inzibati məsuliyyətdən yayınma istəyirlər.

Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyəti üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər olay yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli, ondan sonra hadisə yeri tərk olunmalıdır".

R.Əhmədli deyib ki, bir çox hallarda sürücülər yol-nəqliyyat hadisəni gizlədərək öz aralarında razılaşırlar: "Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır".

Tarix
2022.08.18 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla