Yuxarı

"Mersedes" Rusiyadakı zavodunu satışa çıxardı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mersedes" Rusiyadakı zavodunu satışa çıxardı

Almaniyanın avtomobil istehsalçısı “Mersedes-Benz” Moskva vilayətində yerləşən avtomobil zavodunu satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti avtomobil sənayesi və daşınmaz əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Moskva yaxınlığındakı Esipovoda yerləşən “Mercedes-Benz Manufacturing” zavodundan gedir. Bu zavodun 20 faizi rus şirkəti “Daimler Kamaz”a, qalan hissəsi isə alman şirkətinə məxsusdur.

Nəşrin avtomobil sənayesindəki mənbələrindən birinə görə, sövdələşmə yekun mərhələdədir, zavodu rus diler alacaq, lakin “Mersedes”in bəzi “sənəd problemləri” var. Belə ki, iddiaçılardan biri “Avtodom” dileridir və danışıqlarda Moskva vilayətinin İnkişaf Korporasiyası iştirak edir.

Nəşr bildirir ki, tenderdə bir neçə diler iştirak edir.

Avtomobil satıcısı nəşrə bildirib ki, mürəkkəb bir sövdələşmə olacaq, buraya brendin Rusiya bazarındakı distribütorunun hüquqları da daxildir.

Tarix
2022.08.26 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla