Yuxarı

Şəhidlərin anma anını pozan sürücü kimdir? - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidlərin anma anını pozan sürücü kimdir? - Video

Xəbər verildiyi kimi, sentyabrın 27-də - Şəhidlərimizin anım günündəki sükut zamanı 21 BF 821 dövlət qeydiyyat nişanlı, “Toyota Lənd Kruzer” markalı avtomobilin sürücüsü sükutu pozaraq hadisə yerindən uzaqlaşıb.

Axar.az xəbər verir ki, sürücünün bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca mənfi qarşılanıb və ciddi tənqid edilib.

Bildirilib ki, avtomobilin sürücüsü Ayaz İmamquliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbətlər aparılıb.

Sürücü etdiyi tərbiyəsizliyi təmizə çıxarmaq istəyib və dərhal da valideynlərindən istifadə etmək qərarına gəlib. Avtosfer.az saytına açıqlaqmasında deyib ki, anım vaxtı veriləcək yüksək və ardıcıl siqnal səslərinin avtomobildəki xəstə ata və anasına mənfi təsir göstərəcəyini bildiyi üçün ətrafdakı insanlardan üzr istəyərək ona yol verilməsini xahiş edib, daha sonra isə ərazidən uzaqlaşıb.

Hələ üstəlik, sürücü vətənpərvər olduğunu deməyi də yaddan çıxarmayıb.

Halbuki görüntülərdə onun sükutu pozaraq hadisə yerindən uzaqlaşarkən avtomobili saxlamadığı və kimsədən də üzr istəmədiyi aydın görünür. Hətta onun bu qeyri-etik hərəkətinə ətrafdakıların etirazı da hiss edilir və təsadüfi deyil ki, ərazidən uzaqlaşan sürücünün şəhidlərimizə hörmətsizliyini tam qeydə almaq üçün onun getməsi də qeydə alınır.

Tarix
2022.09.29 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla