Yuxarı

“Vergül”ü səhv “oxuyublar”: mopedə vəsiqə lazım deyil!

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vergül”ü səhv “oxuyublar”: mopedə vəsiqə lazım deyil!

2022.11.29 00:27

Dünən Milli Məclisdə müzakirə olunaraq 1-ci oxunuşda bəyənilən layihənin mopedlərə heç bir aidiyyəti yoxdur. Söhbət motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirilməsindən gedir.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov Feysbuk hesabında yazıb.

“Bu Qanunun 1-ci maddəsinin 27-ci bəndində mopedə anlayış verilib. Normativ anlayışa əsasən, moped iş həcmi 50 kub santimetrdən çox olmayan, mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yəni, heç bir halda mopedin daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan yuxarı ola bilməz. Əgər bu kəmiyyətlərdən biri aşılarsa, belə texnika artıq moped yox, motosikletdir.

Sadəcə olaraq Yol Hərəkəti Qaydalarının 27-ci maddəsinin 2-ci hissəsində dövlət qeydiyyatına alınmalı olan mexaniki nəqliyyat vasitəsinin meyarı kimi daxili yanma mühərrikinin iş həcminin 50 kub santimetrdən, maksimum konstruksiya sürətinin isə 50 km/saat-dan az olmaması barədə normada bu iki meyar arasında vergül işarəsi qoyulmuşdur. Hüquq normasını düzgün təfsir etməyənlər düşünürdülər ki, texnikada bu iki meyarın hər ikisi olmalıdır ki, o motosiklet sayılsın. Lakin bu, düzgün təfsir deyil. Çünki normaları təfsir edərkən sadəcə vergül işarəsinə yox, həm də başqa normaların sistemli təhlilinə də diqqət ayrılmalıdır. Belə olan halda isə tam aydın olur ki, əgər bu texnikanın daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan az deyilsə, bu moped yox, motosikletdir. Motosiklet olduqda isə dövlət qeydiyyatı, nömrə verilməsi, onu sürənin isə ən azı “A1” altkateqoriyalı sürücülük vəsiqəsi məcburidir”.

Ə.Hüseynov bildirib ki, mopedləri yenə də qeydiyyatsız (nömrəsiz) və vəsiqəsiz sürmək mümkün olacaq:

“Sadəcə olaraq real konstruksiya sürəti 50 km/saat-dan çox olan (bəzən hətta 80-90 km/saat olan), lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən az olduğuna görə indiyə qədər yanlışlıqlar səbəbindən qeydiyyata alınmayan kiçik motosikletlər də qeydiyyata alınacaq. Onları idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq”.

Tarix
2022.11.30 / 15:09
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla