Yuxarı

Naxçıvanda yeni avtomobil istehsalına başlanıldı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda yeni avtomobil istehsalına başlanıldı - Foto

Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.

Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 pro” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi kilid sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq yaşadacaq.

İstehsalçı avtomobili iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edərək satışa çıxarır.

Avtomobillər istehsal xəttindən buraxıldıqdan sonra xüsusi ayrılmış ərazidə yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir. Avtomobil Avro 4 standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.

Tarix
2023.03.15 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla