Yuxarı

DYP-dən bayram səfərinə hazırlaşanlara müraciət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən bayram səfərinə hazırlaşanlara müraciət

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.

İdarədən Axar.az-a bildirilib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.

Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər.

Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişindaşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir. Dəyərli sürücülər, yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbirli və təmkinli olun, yol hərəkətı qaydalarına riayət etməklə əzizlərinizə bayram sevinci bəxş edin", - məlumatda qeyd olunub.

Tarix
2023.03.17 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla