Yuxarı

Yaşı 10 ildən çox olan maşınlar bu halda ölkəyə buraxılacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşı 10 ildən çox olan maşınlar bu halda ölkəyə buraxılacaq

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar imzalandığı tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Yeni qərar isə vətəndaşlar üçün bir sıra çətinliklər yaradıb. Belə ki, xaricdən avtomobil sifariş edən vətəndaşlar bildirirlər ki, onların xaircdən sifariş etdiyi avtomobillər hələ yoldadır, Həmin avtomobillər isə ən tez halda Azərbaycana 3-4 ay ərzində çatacaq. Yeni qərar isə 30 gündən sonra qüvvyə minir. Belə olan halda vətəndaşlar avtomobillərin ölkəyə buraxılmayacağından və ciddi zərərə düşəcəklərindən narahatdırlar.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə veriləcək:

"Belə ki, əgər vətəndaş 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edib, müqavilə bağlayıbsa və bu avtomobilin yaşı 10 ildən çox olsa da, ölkəyə buraxılacaq"

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir:

"2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub".

Məsələ ilə bğalı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı əsasən ölkəmizdə avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib. yaşı 10 ildən çox olan minik avtomobillərin sayı ölkəmizdə həddindən artıq çoxdur.

"Verilən bu qərar qarşıdan gələn yeni bir qərarı şərtləndirir. Ola bilər ki, Azərbaycanın Avro 5 ekoloji standartlara keçid baş tutsun. Hazırda ölkəmizdə Avro 4 standartları tətbiq edilir.

Ekspert həmçinin qeyd edib ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında qiymətlər 2% civarında bahalaşa bilər.

Tarix
2023.03.30 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi

Tokayevdən Əliyevə: Sizin güclü liderliyinizlə...

Sahibə Qafarova Simonyanla görüşdü

Qazaxıstan Azərbaycandan iki gəmi aldı

Əliyevlə Tokayevin təkbətək görüşü keçirildi - Foto

Hikmət Hacıyev Astanadan yeni video paylaşdı

Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Gevondyan

Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla