Yuxarı

Azərbaycanda ilk: elektromobil yürüşü olacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: elektromobil yürüşü olacaq

Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yürüşü baş tutacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib.

Bu proqram çərçivəsində Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirib. Bunlardan Bakı-Mingəçevir marşrutu ilə “Yaşıl ölkə 2022” ekoloji avtomobillər yürüşü, “Avto Eko 2023” elektrik avtomobillər sərgisini misal gətirmək olar.

3 iyun tarixində baş tutacaq yürüş ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunur. Bakı-Qobustan marşrutu ilə hərəkət edəcək ekoloji avto-karvan ən yeni elektromobillərdən ibarət olacaq. AADA idarə heyətinin sədri Natiq Zərbəliyev mətbuata açıqlama verib.

“Aksiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə töhfə verməkdir. Təsadüfi deyil ki, yürüşün final mərhələsində məktəblilər arasında elan etdiyimiz «Gələcəyin ekoloji avtomobili» mövzusunda «onlayn» rəsm müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Qaliblərin adlarının məhz 1 iyun Uşaqların Beynəlxq Müdafiəsi Günündə açıqlanması da əlbəttə təsadüf deyil. Tanınmış avto-dizayner Samir Sadıxovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə ilk yerlərə Gülay Məmmədova, Nuran Nuri və Əli Mürsalov layiq bilinmişlər. Daha üç həvəsləndirici mükafat Nabat Əhmədova, Sədaqət Şirəliyeva və qardaş Türkiyədən öz rəsmini göndərmiş Handan Aydoğana təqdim olunacaq.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənində qeyd edilməsi və eyni tədbirdə gələcəyi təsvir edən istedadlı uşaqların müvafiq diplom və mükafatlarla təltif olunması zənnimcə son dərəcə simvolik məna daşıyacaq.

“Son olaraq bu layihədə bizə təşkilati dəstək göstərmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Avtomobil Federasiyasına və eləcə də AADA-nın daimi tərəfdaşları “Mashin.Al” “onlayn” avtomobil mərkəzi və elektromobillər üçün “şarj” avadanlığı idxal edən “MLK Tech Group”a təşəkkür edirəm”, - deyə N.Zərbəliyev qeyd edib.

Tarix
2023.06.01 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla