Yuxarı

NİİM bu sürücülərə xəbərdarlıq etdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
NİİM bu sürücülərə xəbərdarlıq etdi

Dayanma və durma qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Axar.az-a daxil olan məlumata görə, müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar.

"Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir", - məlumatda bildirilib.

Tarix
2023.08.21 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla