Yuxarı

Bakıda piyadanın vurulma anı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyadanın vurulma anı - Video

15:07

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Axar.az xəbər verir ki, idarənin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyadavurma hadisəsinin məhz yerüstü piyada keçidinin altında qeydə alındığını bildirib.

Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib:

"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu facilərə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”.

Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

Tarix
2023.10.03 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla