Yuxarı

Ödənişli yolda sürət həddi... - Anar Nəcəfli

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yolda sürət həddi... - Anar Nəcəfli

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu - Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissə birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır. Bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yol üzərində 4 məntəqə fəaliyyət göstərir - Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri:

“Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür”.

O, həmçinin vurğulayıb ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır:

“Bu yolla tranzit və daxili yüklərin daha tez və asan daşınması təmin olunacaq. Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq”.

Tarix
2023.10.21 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla