Yuxarı

Bu şəxslər də avtomobili pulsuz park edə biləcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər də avtomobili pulsuz park edə biləcək

Bakı şəhərində parkinq xidməti ilə bağlı problemlər, narahatlıq doğuran məqamlar, müasir yanaşmalara uyğun gəlməyən nüanslar çoxdur. Cari ilin iyun ayından “Az Parking” xidmətinin işə başlamasına baxmayaraq, hələ də insanların bir çoxu pulsuz parklanma şərtləri, habelə bununla bağlı haraya müraciət edilməsi haqqında məlumatsızdır.

Axar.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 1181 Çağrı Mərkəzindən Yenisabah.az-a verilən açıqlamada məsələnin həlli ilə bağlı test mərhələsinin həyata keçirildiyi bildirilib.

“Mövcud vəziyyətdə vətəndaş fərdi parklanma talonunu yalnız şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanına uyğun əldə edə bilər. Bunun səbəbi isə budur ki, vətəndaş fərdi parklanma talonuna şəxsiyyət vəsiqəsinin FİN kodu ilə müraciət edir və FİN kod mərkəzləşdirilmiş məlumat bazasına yerləşdirildikdə, əgər müraciət etdiyi ünvanla vəsiqədəki ünvan üst-üstə düşüb öz əksini tapmırsa, bu zaman vətəndaşın müraciətinə imtina gəlir. Bir həftə bundan əvvəl biz test mərhələsi kimi həyata keçirdik ki, artıq vətəndaşın faktiki yaşayış ünvanına uyğun da parklanma talonu verilsin. Sadəcə bu mərhələ özünü doğrultmadığı üçün bu prosesi dayandırmışıq. Ancaq gələcəkdə buna dair yeniliklər olacaq və vətəndaşın faktiki, hətta müvəqqəti yaşayış ünvanına uyğun olaraq fərdi parklanma talonları alaraq ödənişsiz parklanmadan istifadə edə biləcək. Lakin mövcud vəziyyətdə yalnız qeydiyyat ünvanına uyğun verilir. Bununla bağlı proseslərin gələcəkdə nə zaman olacağı ilə bağlı rəsmi məlumat yoxdur.

Vətəndaşın fərdi parklanma talonu alması isə onun qeydiyyat ünvanına yaxın 100 metr radiusuna uyğun hesablanır. Məsələn, vətəndaş Üzeyir Hacıbəyov küçəsində yaşayır və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə SMS müraciət edir. Əgər onun yaşadığı ünvanın 100 metr radiusunda məntəqələr varsa, onlardan bir neçə yer tam ödənişsiz şəkildə verilir ki, parklanmanı həyata keçirə bilər”, - məlumatda vurğulanıb.

Tarix
2023.12.14 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla