Yuxarı

DYP bu sürücülərə xəbərdarlıq etdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP bu sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.

İdarədən Axar.az-a bildirilib ki, ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Ölkədə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.

"Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə resbublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.

Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir.

Odur ki, bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər", - xəbərdarlıqda bildirilib.

Tarix
2024.03.09 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla