Yuxarı

Rusiyanın bu məşhur avtomobili Azərbaycanda yığılacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu məşhur avtomobili Azərbaycanda yığılacaq

Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

“Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir. Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq”, - deyə “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər.

“Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”, - deyə o, bildirib.

Sokolov illik istehsal həcminin 4-5 min avtomobilə çata biləcəyini gözləyir. İstehsalçı yaxın bir neçə ildə bu rəqəmlərə çatmağa ümid edir.

Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması “Lada”ya yerli bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin respublikada mövcudluğunu artırmağa kömək edəcək.

Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanılması üçün dayanacaq təşkil edilib.

Onlar əlavə ediblər ki, bu layihənin heyətinə Tolyattidən olan mütəxəssislər təlim keçiblər və istehsal olunan hər bir avtomobil yol sınaqlarından keçirilir.

Tarix
2024.03.29 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

300 min azərbaycanlının qayıdışından kim danışır?

İlham Əliyev Qazaxıstana getdi - Foto

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla