Yuxarı

Avtobus qəzalarının qorxunc artımı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobus qəzalarının qorxunc artımı

Avtobusu idarə edən sürücülərin böyük əksəriyyəti özlərinin cəzasız qalacaqlarını düşünürlər. Onlar davamlı olaraq qaydaları pozur və bu kimi hərəkətlərinə görə məsuliyyət daşımayacaqlarını hesab edirlər.

Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Azər Allahverənov son günlər artan avtobus qəzaları barədə danışarkən deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda çalışan insanlar xüsusi təlim keçməlidirlər:

"Ümumiyyətlə, avtobus sürücülərini işə götürərkən onları psixoloji testdən keçirmək mütləqdir, çünki bu, çox ciddi məqamdır. Düşünürəm ki, ictimai nəqliyyat sektorunda güclü nəzarət mexanizmi işə salınmalıdır".

Ekspert artan qəzaların təhlükəli tendensiya aldığını bildirib:

"Mən iş prosesində əfqanlarla çox ünsiyyətdə oluram və onlardan maraqlı bir fakt eşitmişəm. Belə ki, iş dalınca evindən çıxan hər bir əfqan kişisi ailənin bütün üzvləri ilə görüşüb gedir. Ona görə görüşür ki, sağ-salamat evinə qayıdacağına əmin deyil və hansısa silahlının gülləsinə tuş gələ bilər.

İndi ürək ağrısı və təəssüf hissi ilə deyirəm ki, artıq Bakı şəhərində də belə bir vəziyyət yaranıb. Evindən çıxan hər bir şəxs ailə üzvləri görüşüb çıxmalıdır, çünki artıq biz də əmin deyil ki, hansısa naşı və səhlənkar avtobus sürücüsünə tuş gəlməyəcəyik. Yol cəlladları ilə ciddi mübarizə aparılmasa, onlar sonumuza çıxacaqlar".

Qeyd edək ki, son iki gündə avtobus qəzalarında iki nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb.

Tarix
2016.02.29 / 17:50
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla