Yuxarı

Sürücülərin nəzərinə: Bu qaydalar qüvvəyə minir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin nəzərinə: Bu qaydalar qüvvəyə minir

Sabahdan yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir. Yeni Məcəllədəki başlıca maraqlı məqamları son iki ayda ardıcıl izah etməyə çalışdıq. Həmin yeniliklər sabahdan təcrübədə tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk hesabında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yazıb.

Ekspert sürücülərin nəzərə almalı olduğu əsas yenilikləri də açıqlayıb:

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay məsələsi olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə ediləcək.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşı daha yerində üç saat gözləməyəcək. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

6. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində "ASAN ödəniş" sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.

Tarix
2016.02.29 / 18:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan vətəndaşları bu ölkədən deport edildi - Video

Azərbaycana qarşı böhtan - Türkiyə saytının şəri...

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla