Yuxarı

Avtomobil alıcıları reklamla belə aldadılır - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə avtomobillərin satışını həyata keçirən şirkətlər reklam fırıldağına əl atıb.

Axar.az xəbər verir ki, televiziyalarda, sosial şəbəkələrdə daha cəlbedici şərtlərlə avtomobil krediti təklif olunur. Lakin real alıcılar avtomobil salonlarına yaxınlaşanda başqa mənzərə ilə qarşılaşır.

Əməkdaşımız "Şevrolet" firmasının Bakı filialı ilə əlaqə saxlayıb. Şirkətin saytında "Kruz" modeli (Sedan LTZ) 22 min manat göstərilsə də, sözügedən avtomobilin 25,170 manata satıldığı deyilib.

"Saytda təklif olunan qiymətlər yenilənməyib. Hazırda saytda iş gedir. Yeni qiymətlərlə bağlı saytda düzəliş ediləcək", - şirkət nümayəndəsi qeyd edib.

Digər misal: "Şevrolet"in rəsmi səhifəsində "Aveo" modeli bu gün də 15,150 manata təklif olunur. Lakin Feysbuk səhifəsində sözügedən model 300 manat baha - 15,425 manata, filiala yaxınlaşdıqda isə 18,585 manata satıldığı deyilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a açıqlamasında son aylarda istehlakçı hüquqlarının pozulması faktlarının artdığını deyib:

"Təəssüflə qeyd etməliyik ki, son 3 ayda istehlakçı hüquqlarının pozulması ilə bağlı faktlar artmaqdadır. Müxtəlif reklamlar vasitəsi ilə müştəriləri aldadaraq cəlb edən işbazlara qarşı heç bir hüquqi tədbir də görülmür.

Avtomobil qiymətlərində süni artımla bağlı bizə telefon vasitəsi ilə xeyli müraciət olub".

Ölkədə son devalvasiyadan sonra xaricdən gətirilən avtomobillərin qiymətində artım nə qədər başadüşülən olsa da, bir modelin qiymətində 4 min manat dəyişiklik istehlak bazarının inkişafına xidmət etmir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışlarında bu məsələyə toxunaraq süni qiymət artımı ilə bağlı ciddi xəbərdarlıq edib:

"Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları bu işlə çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, bu, mətbuatda da işıqlandırılmalıdır ki, buna son qoyulsun".

Tarix
2016.03.01 / 09:20
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla