Sürücülərin qaydanı pozub cərimədən yayınmaq imkanları
demək olar ki, sıfıra endi. Çünki ''i-patrul'' sisteminin tətbiqinə
başlanılıb. Sistem MDB ölkələri arasında ilk dəfə Azərbaycanda
tətbiq edilir. Çevikliyi, dəqiqliyi və rahatlığına görə dünyanın
aparıcı dövlətlərində uzun müddətdir istifadə olunan cihazlar özünü
tam doğruldub. Artıq Bakıda və Gəncədə fəaliyyətə başlayan bu
sistem xeyli qayda pozuntusunu aşkar edib.
Xəzər TV xəbər verir ki, yeni Yol-Patrul
Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemi tam
qüvvəsi ilə işə düşüb. ''İ-patrul'' sistemində məqsəd yol hərəkəti
qaydalarını pozan nəqliyyat vasitələrini operativ şəkildə müəyyən
etməkdi. Artıq bir neçə gündür ki, fəaliyyətə başlayan bu sistem
vasitəsi ilə xeyli sürücü cərimələnib.
Araşdırma zamanı məlum olub ki, ən çox qayda pozuntuları sürət
həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməmə və
avtomobili icbari sığorta etdirməyən sürücülər olub.
''2015-Avropa'' oyunları öncəsi paytaxta gətrilmiş yeni patrul
avtomobillərində altı kamera var. Bu kameranın vasitəsi ilə sağ-sol
yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda çarpaz
quraşdırılmış kameralar nəqliyyat vasitələrinin dövlət nömrə
nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə baza məlumatlarını
üzə çıxardır.
Yol hərəkəti qaydasını pozan hərəkətli və ya hərəkətsiz
avtomobillər bu i-patrul vasitəsi ilə aşkar edilir. Həmin
informasiya yol patrul avtomobilindəki bort-kompyuterə ötürülür və
bundan sonra həmin sürücü barəsində elektron pratakol tərtib
edilir.
Qeyd edək ki, həmin sistem eyni anda qayda pozan bir neçə
avtomobili çəkib elektron pratakol tərtib edə bilir. Sistemə
quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda
pozuntularını qeydə almaq iqtidarındadır. Ancaq sistem 100 metr
məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən
həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib
ediləcək.
"Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də
çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi
tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub" -
deyə DYP sözçüsü bildirib.
Avtomobil işlək vəziyyətdə olmasa belə sistem bütün qayda
pozuntusunu çəkir. Bir sözlə çoxfunksiyalı ''i-partul'' sistemi
sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq
şansını sıfıra endirir.
Bu arada martın birindən tətbiq edilən yeni inzibati xətalar
məcəlləsinə görə təhlükəsizlik kəmərindən istifadə etməyən
sürücülər radara düşür.Təkcə ötən gün xeyli sürücü bu qayda
pozuntusuna görə cərimələnib.