İnzibati Xətalar Məcəlləsinə
edilən dəyişikliklər martın 1-dən qüvvəyə minib. Yeni məcəllədə
bəzi cərimələrin qiymətləri artıb. Bəzi mütəxəssislər bu
cərimələrin miqdarının artırılmasının sürücüləri daha diqqətli
davranmağa məcbur edəcəyini bildirirlər.
Axar.az İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdən
sonra yaranan ən bahalı cərimələrin siyahısını təqdim edir:
332.4 Bu Məcəllənin 332.2-ci maddəsində
(Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat
vasitəsinin idarə edilməsinə görə - red.) nəzərdə tutulmuş xəta
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə - işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Cərimə: 400 AZN
333.1 Nəqliyyat vasitəsini idarə etmək hüququ
olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ
altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Cərimə: 400 AZN
333.2 Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, və ya nəqliyyat
vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.
Cərimə: 400-500 AZN
333.3 Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə
tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül
bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi
zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki
il müddətinə məhdudlaşdırılmaqla və ya nəqliyyat vasitəsini idarə
etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Cərimə: 700 AZN
334.1 Nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə
inzibati həbs tətbiq olunur.
Cərimə: 500 AZN
334.3 Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə- və ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati
həbs tətbiq olunur.
Cərimə: 800 AZN
335.1 Nəqliyyat vasitəsinə sahiblik hüququ olan
şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə
hüququ olmayan şəxsə verilməsinə görə.
Cərimə: Fiziki şəxslər 60 AZN; Vəzifəli şəxslər 200 AZN;
Hüquqi şəxslər 2000 AZN
335.3 Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına
görə.
Cərimə: Fiziki şəxslər 180 AZN; Vəzifəli şəxslər 500
AZN; Hüquqi şəxslər 5000 AZN
335.4 Ümumi istifadədə olan nəqliyyat
vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan şəxsə verilməsinə görə.
Cərimə: Fiziki şəxslər 200 AZN; Vəzifəli şəxslər 500
AZN; Hüquqi şəxslər 3000 AZN
335.6 Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə - yaxud işin hallarına görə, xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Cərimə: Fiziki şəxslər 400 AZN; Vəzifəli şəxslər 800
AZN; Hüquqi şəxslər 6000 AZN
336.4 Ümumi istifadədə olan nəqliyyat
vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə
verilməsinə görə.
Cərimə: Fiziki şəxslər 300 AZN; Vəzifəli şəxslər 600
AZN; Hüquqi şəxslər 6000 AZN
336.6 Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına
görə.
Cərimə: Fiziki şəxslər 500 AZN; Vəzifəli şəxslər 1000
AZN; Hüquqi şəxslər 8000 AZN
337.1 Nəqliyyat vasitəsini idarə etmək
hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə
nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə.
Cərimə: Fiziki şəxslər 200 AZN; Vəzifəli şəxslər 400
AZN; Hüquqi şəxslər 4000 AZN
337.4 Ümumi istifadədə olan nəqliyyat
vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə
görə.
Cərimə: Fiziki şəxslər 600 AZN; Vəzifəli şəxslər 1000
AZN; Hüquqi şəxslər 8000 AZN
337.5 Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə
tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə görə - bir aydan iki ayadək müddətə inzibati
həbs tətbiq olunur.
Cərimə: Hüquqi şəxslər 12000 AZN
337.6 Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə - yaxud işin hallarına görə, xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati
həbs tətbiq olunur.
Cərimə: Fiziki şəxslər 1000 AZN; Vəzifəli şəxslər 2500
AZN; Hüquqi şəxslər 15000 AZN
342.3 Mühərrikin səs gücünün artırılması
məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə
sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına
və ya dəyişdirilməsinə görə.
Cərimə: 500 AZN
342.4 Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə
tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə görə.
Cərimə: 1000 AZN