Yuxarı

Elektromobillik texnologiyası üçün strategiya hazırlanacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobillik texnologiyası üçün strategiya hazırlanacaq

Azərbaycanda elektromobillik texnologiyasının ölkə üzrə genişləndirilməsi ilə əlaqədar ən azı 3 ssenari (dövlət tərəfindən subsidiya hesabına, dövlət-özəl tərəfdaşlığı və özəl investisiya ilə idarə olunan əməliyyatlar) təhlili əsasında inkişaf strategiyasının seçilməsinə dair təkliflər hazırlanacaq.

Axar.az xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, təkliflərin bu ilin avqust ayınadək hazırlanması nəzərdə tutulub.

Həmçinin sentyabrın 1-dək seçilmiş strategiyaya uyğun texniki, bazar və tənzimləyici risklərin azaldılmasına dair təkliflər hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

Oktyabrın 1-dək isə elektromobillik strategiyasının və onun tövsiyə olunan icra mexanizmlərinin iqtisadi faydaları (enerjidən istifadənin azaldılması və ətraf mühitə faydalar daxil olmaqla) qiymətləndirilməli və nəticələri Komissiyaya təqdim olunmalıdır.

Bildirilib ki, bütün bu işlər Energetika Nazirliyi (Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi), İqtisadiyyat Nazirliyi (Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi (Azərbaycan Texniki Universiteti), Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, altqrupda təmsil olunan digər aidiyyəti qurumlar tərəfindən icra edilməlidir.

Tarix
2024.05.13 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla