Yuxarı

Yeni smartfon: enerji yığmadan 1540 saat işləyir...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni smartfon: enerji yığmadan 1540 saat işləyir...

"Doogee" şirkəti əsas xüsusiyyəti çox tutumlu batareya olan "Doogee V Max Plus" smartfonunu təqdim edib.

Axar.az xəbər verir ki, yeni məhsul sələfi "Doogee V Max" ilə eyni akkumulyatora malikdir və bu, gözləmə rejimində enerji doldurmadan 1540 saata qədər işləməyi təmin edəcək.

Rütubətdən, tozdan və sudan qorunmaq üçün "Doogee V Max Plus" smartfonu IP68, IP69K standartlarına cavab verir və həmçinin MIL-STD-810H standartının tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb ki, bu da onu ən sərt şəraitdə istifadə edilmək qabiliyyətini təsdiqləyir.

Yeni məhsulu gəzinti zamanı özünüzlə götürmək və ya ekstremal idman növləri zamanı istifadə etmək olar. Smartfona həm də inşaatçılar, yanğınsöndürənlər və ekstremal ekoloji şəraitdə fəaliyyət göstərən digər peşələrin nümayəndələri arasında tələbat olacaq.

Cihazın texniki xüsusiyyətlərinə Wi-Fi 6 şəbəkələrinin dəstəyi, ikili dinamiklər və yan tərəfə quraşdırılmış barmaq izi skaneri daxildir.

Tarix
2024.06.05 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla