Yuxarı

Pekindən Parisə gedən retro maşınlar Bakıda - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pekindən Parisə gedən retro maşınlar Bakıda - Foto

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından biri olan “Peking to Paris Motors Challenge” beynəlxalq yarışının 8-ci buraxılışı keçirilib.

Bakı Şəhər Halqasından Axar.az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda yerləşən “Yeddi Gözəl” fəvvarəsinin yanında baş tutan tədbirdə retro avtomobil sevənlər bir araya gəlib.

"Peking to Paris Motors Challenge" təkcə avtomobil yarışı deyil, həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro avtomobillər ilə təxminən 14.000 km məsafə qət edərək dünyanın ən çətin marşrutlarından birində yarışırlar.

Otuz yeddi gün davam edəcək “Peking to Paris Motors Challenge” beynəlxalq yarışı 18 may 2024-cü il tarixində Çin Xalq Respublikasında başlamaqla Monqolustan, Qazaxıstandan keçərək Azərbaycana çatıb. 200 nəfər iştirakçının qatıldığı yarışın Fransada başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Peking to Paris Motors Challenge” 1907-ci ilin ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor rallisidir.

Tədbir mədəniyyətimizin nümayişi və şənliklə başa çatıb.

Tarix
2024.06.08 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla