Yuxarı

Kəmərsiz sürücülər addımbaşı cərimələnəcək?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmərsiz sürücülər addımbaşı cərimələnəcək?

Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə gündə yalnız bir elektron protokol tərtib edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yazıb.

O, kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gətirib:

"Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur. Sual çıxırdı ki, sürücü hər kamera qarşısından keçəndə protokol yazılacaqmı? Yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər. Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Açığı, mən bu dəyişikliyi bəyənmirəm. Kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır…"

Qeyd edək ki, yeni İnzibati Xətalar Məcəlləsi martın 1-dən qüvvədədir.

Tarix
2016.03.18 / 10:47
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla