Yuxarı

Onlar da parklanmadan pulsuz istifadə edəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar da parklanmadan pulsuz istifadə edəcək

Xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub:

“Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödəniş saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavə edilməsi təklif edilir”.

Tarix
2024.06.28 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla