Yuxarı

Elektromobillərin hansı fəsadları var? - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobillərin hansı fəsadları var? - Ekspert

Əksəriyyət düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin “möcüzəsidir”, amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu elektokar olub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, neft sənayesi genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb:

“1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən “elektrokar” mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.

Son 15-20 ildə yenidən populyarlaşan “elektrokar” mövzusu öz “renesansını” baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə “duz, istiot” qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, “elektrokar” mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.

Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdır. Məsələn, bir “Tesla” elektromobilində 5375-dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 kv/m yer səthi qazılaraq 11 adda faydalı qazıntı çıxarılmalıdır – bu cəmi 1 elektrokar üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 kv/m yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yararlı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm – 1 elektrokar üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə (!!!) artmalıdır ki, ehtiyaclar ödənilsin.

Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır və s., amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar.

Ona görə də dünyada mif və reallıqları bir-birindən ayıra biləcək yeni siyasi “viziona” ehtiyac var, neft maqnatları öz maraqlarını, “yaşıl iqtisadiyyatda” istifadə edilən təbii resurslar maqnatları isə öz maraqlarını diktə etdikcə, dünyada problemlərin normal həlli üçün elmi ortam yaranmayacaq. Belə bir ortamın yaranması üçün isə dünyada ağıllı, vicdanlı siyasətçilərə, elmi yanaşmaya, ciddi diskursa, başqa fikirdə olanların linç olunmamasına acil ehtiyac var”.

Tarix
2024.08.05 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

Azərbaycandan Ermənistana yüklərin daşınması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla