Yuxarı

Avtomobillərin sayını necə azaltmaq olar?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ay içində avtomobillərin alınması və istifadəsində edilən dəyişikliklərlə bağlı ard-arda yayılan məlumatlar bu sahədə ciddi dönüşdən xəbər verir. Yanvarın ilk günlərindən bankların avtomobil kreditlərinə qadağa qoymasının adınca Avro-4 standartının tətbiq ediləcəyi ilə bağlı bəyanat yayıldı. Ölkəyə gətirilən avtomobillər üçün Avro-2-dən birbaşa Avro-4-ə keçilməsi müəyyən suallar doğursa da, artıq qərarın dəyişməyəcəyi bəlli idi.

Bu günlərdə isə avtokreditlərin yenidən daha sərt şərtlərlə tətbiqinə başlanması vəziyyəti bir qədər də çətinləşdirdi. Proseslərin gedişi göstərir ki, ardıcıl olaraq avtomobillərlə bağlı verilən qərarlar əslində onların sayını azaltmaq, şəhərdəki tıxacları aradan qaldırmaq məqsədi daşıyır. Lakin ekspertlər bu yolla maşın bazarının zəiflətməyin mümkün olmadığı qənaətindədir.

Qaydalar sərtləşsə də, problem bitmir

Yeniliklərin avtomobillərin sayına təsiri ilə bağlı fikirlərini "Axar.az"la bölüşən hüquqşünas Ərşad Hüseynov hesab edir ki, əsas diqqət nəqliyyat vasitələrinin normal fəaliyyətinə yönəldilməlidir:

"Ölkəyə gətirilən və burada istehsal edilən avtomobillər üçün birdən-birə Avro-4 standartınin tətbiqi, avtomobillər üçün bank kreditlərinin verilməsinin dayandırılması və daha sonra sərtləşdirilməsi, indi isə 95 oktanlı benzinin istehsalının dayandırılması haqda söz-söhbətlər əsas məqsədin nə olduğunu göstərdi. Əsas məqsəd ölkədə avtomobil sayının artmasını əngəlləməkdir, çünki bu sürətlə avtomobilləşmə benzin qıtlığı problemi də yarada bilər".

Qeyd edək ki, Avro-4 standartının tətbiqi ölkəyə köhnə avtomobillərin gətirilməsinə imkan verməyəcək. Yeni maşınları kreditlə əldə etmək üçün onun dəyərinin 50 faizini öncədən ödəmək tələb olunur.

Elektrik qatarları bərpa olunsun

Ə.Hüseynov avtomobilləşmənin təhlükəli olmadığını qeyd edib:

"Hökumət ölkədə avtomobilləşmə prosesini ləngitmək istiqamətində nə isə etmək istəyir. Ancaq hesab edirəm ki, başqa variantdan istifadə etmək daha məqbul olardı. Bu gün dünyada orta hesabla hər 6 nəfərə 1 avtomobil düşməklə, ölkəmiz avtomobilləşmə səviyyəsinə görə orta göstəricidən geri qalır. Belə olan halda əsas diqqət nəqliyyatdan normal istifadənin təmin olunmasına yönəlməlidir".

Hüquqşünas hesab edir ki, şəhərdəki tıxacları aradan qaldırmağın ən optimal yolu nəqliyyat infrastrukturunu kökündən dəyişməkdir. Onun fikrincə, insanlar nəqliyyat vasitələrindən lazımi səviyyədə istifadə edə bilmədiyindən, şəxsi maşına üstünlük verirlər. Bununla yeni problemlərin ortaya çıxdığını deyən Ə.Hüseynov metro və avtobusların işini təkmilləşdirməklə yanaşı, elektrik qatarlarının işə salınmasını təklif edir:

"Avtomobilləşmənin qarşısını almaq üçün ictimai nəqliyyatda ciddi dönüş yaranmalıdır. Metronun fəaliyyətini yüksəltmək lazımdır. Eyni zamanda, elektrik qatarlarının bərpasına böyük ehtiyac var. Bakıətrafı qəsəbələrin çox yerində nəqliyyat yoxdur. Bu işlər həyata keçirilərsə, yollarda avtomobillər azalar".

Tarix
2014.02.13 / 14:25
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla