Yuxarı

Formula-1 Qran-prisinin qalibi bəlli oldu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1 Qran-prisinin qalibi bəlli oldu

15:05

Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Axar.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "Maklaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mersedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "Maklaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "Maklaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.

***

Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"Maklaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

"Ferrari"dən Şarl Lekler ikinci, "Mersedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

Tarix
2024.09.15 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla