Yuxarı

Bu maşınlar kəskin şəkildə bahalaşdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maşınlar kəskin şəkildə bahalaşdı

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin səkkiz ayında orta hesabla 28 min 723 dollar (48 min 829 manat) olub ki, bu da son bir ildə 5 min 656 dollar (9 min 616 manat) və ya 24,5% bahalaşma deməkdir. 2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub. Bəs görəsən, bu seqment nəqliyyat vasitələrinin bahalaşmasının səbəbi nədir?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, səbəb hibrid avtomobillərə olan tələbin artmasıdır:

"Əslində, hibrid maşınların idxalı zamanı istər gömrük, istərsə də aksiz vergilərlə bağlı müəyyən məbləğdə güzəştlər tətbiq olunur. Bu hələki sabit olaraq qalır. Hələ gömrük və idxal-ixrac rüsumlarında, o cümlədən, aksiz vergilərində hər hansı bir dəyişiklik baş verməyib. Artımın səbəbi ola bilsin ki, daha bahalı hibrid nəqliyyat vasitələrinə son illər tələbatın çoxalmasıdır".

Ekspert hibrid mühərrikli ciplərin benzin və dizel olanları üstələdiyini diqqətə çatdırıb:

"Fikir versək, şəhərdə hibrid ciplərin ciddi say artımı müşahidə olunmaqdadır. Əvvəllər daha çox benzin və dizel mühərrikli hündür nəqliyyat vasitələrinə üstünlük verilirdisə, indi daha çox Çin və Koreyanın hibrid maşınları dəbdədir. Bu da bazarda baha qiymətə satılan avtomobillərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Yəni bu artımın səbəbi, hibrid mühərrikli və daha bahalı olan avtomobillərin idxalının artması ilə bağlıdır".

Tarix
2024.09.18 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla