Yuxarı

Bakıdakı yol qəzalarının statistikası: 32 ölü

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı yol qəzalarının statistikası: 32 ölü

Yanvarın 1-dən aprelin 5-dək Bakı şəhərində 172 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, nəticədə 32 nəfər ölüb, 206 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə 54 hadisənin azalması nəticəsində ölüm faktının və xəsarət alanların sayı azalıb: "Bu da yol polisi əməkdaşlarının həyata keçirdikləri məqsədli tədbirlərin nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların avtomobillərlə vurulmasıdır. Təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 262379 ədəd inzibati protokol tərtib edilib. Bunlardan 4450 sərxoş vəziyyətdə avtomobil idarə edən, 1679 protokol sürət həddinin aşılması, 1251 protokol sərnişin daşıma qaydalarının pozulması, 42 mindən çox protokol ötmə -manevir etmə qaydalarının pozulmasına görə yazılıb. Bu dövr ərzində 33738 piyada cərimələnib".

Vaqif Əsədovun sözlərinə görə, Mərkəzi Məlumat Mərkəzi tərəfindən 164 min sürücü barəsində tədbir görülməsi üçün adiyyatı hərəkətlər edilib.

Tarix
2016.04.11 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla